Qadın voleybolçulardan ibarət "Cakarta" komandası ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbovun Azərbaycana qayıdacağı vaxt müəyyənləşib.
Bu barədə Sportnet.az-a 38 yaşlı mütəxəssisin özü məlumat verib.
O, hazırda Türkiyənin İstanbul şəhərində olduğunu və iyulun 9-da Bakıya gələcəyini bildirib.
Qeyd edək ki, Ziya Rəcəbov mart ayından bəri koronavirus pandemiyası dövründə uçuşların olmaması səbəbindən İndoneziyadan Vətənə dönə bilmirdi.