Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında üçüncü oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Rumıniyanın Kluj şəhərində keçirilmiş qarşılaşmada rəqib Fransa yığması olub. Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan millisi yalnız ikinci setdən üstün ayrıla bilib - 25:19. Qalan setlərdə isə müvafiq olaraq, Fransanın xeyrinə 21:25, 13:25 və 20:25 hesablı nəticələr qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İspaniya və Rumıniyaya 0:3 hesabı ilə uduzub. A qrupunda ikinci dövrəyə iyunun 4-də İspaniya ilə görüşlə start verəcək milli komanda ertəsi gün Fransa, iyunun 6-da isə Rumıniya ilə qarşılaşacaq.