Azərbaycan Hədbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.
"Həndboldakı durum qeyri-müəyyəndir. Bu barədə hesabat-seçki konfransından sonra danışmaq olar. Seçkinin vaxtı barədə hələlik məndə məlumat yoxdur. Amma mütləq olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, AHF-də bir qrup həndbolçu ilə rəhbərlik arasında narazılıq yaranıb. Nəticədə federasiyanın qərarı ilə həmin idmançılar diskvalifikasiya olunublar.