Avropa Həndbol Federasiyası (EHF) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus yığmalarının, həmçinin iki ölkə klublarının öz bayrağı altında keçirilən turnirlərdə iştirakına qeyri-müəyyən müddətədək qadağa qoyub.
Sportnet.az EHF-in rəsmi saytına istinadən xəbər verir ki, qərar qurumun İcraiyyə Komitəsinin bugünkü növbədənkənar iclasında qəbul edilib.
Qadağa klub və milli səviyyəsində bütün cari yarışlara aiddir.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarını yarışa buraxmamağı tövsiyə edib. Qurumdan bildirilib ki, sözügedən ölkənin idmançıları və komandaları yalnız neytral statusda çıxış edə bilərlər.