Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan “Bahar” kubokuna start veriləcək.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Ardınca saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.