Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
AVF-nin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Frişman Latviyanın paytaxtı Riqada qadın voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin E qrupunun Latviya- İspaniya matçına supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün Riqanın Olimpiya İdman Mərkəzində keçiriləcək qarşılaşmanın hakimləri polşalı Krol Piotr və rumıniyalı Tudor Popdur.
Qeyd edək ki, İspaniya-Latviya yığmalarının ilk qarşılaşması ispanların 3-1 hesablı qələbəsi ilə başa çatıb.