Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış oyununda "NTD BK" və "Sərhədçi PİK" komandaları üz-üzə gəldilər. Son topa qədər davam edən gərgin oyunda "Sərhədçi PİK" 93-92 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "NTD BK"dan Londell Kinq (35 xal, 13 ribaund), "Sərhədçi PİK"dən isə Maykl Diqqins (27 xal, 11 ribaund) olub.
Günün ikinci matçında "Neftçi İK" "AAAF Xırdalan BK" ilə qarşılaşıb. Oyuna sürətli başlayan xırdalanlılar sonda rəqibinə 83-68 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "Neftçi İK"dən Denis Cons (20 xal, 4 ribaund ), "AAAF Xırdalan BK"dən isə Devin Pullum (24 xal, 9 asist) olub.
Qeyd edək ki, turun "Zirvə Astara BK" - "Sabah BK" və "Olimpik Şəki BK" - "Gəncə BK" görüşləri 3-4 dekabrda keçiriləcək.