Qadın voleybolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.
məlumatına görə, hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.
Yüksək Liqada günün ilk görüşündə lider “Azərreyl” büdrəyib. Nominal qonaq qismində meydana çıxan “Abşeron” hər üç setdə qalib gələrək, “Azərreyl”ə ilk məğlubiyyəti yaşadıb – 3:0 (25:21, 26:24, 25:17).
Digər qarşılaşmada isə “Murov” hələ də xal qazana bilməyən UNEC-i 3:0 (25:9, 25:23, 25:11) hesabı ilə üstələyib.
Beləliklə, 5 turdan sonra lider “Azərreyl”in 11, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in aktivində xal yoxdur.