Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turdan təxirə salınan oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” autsayder MOİK-lə qarşılaşıb.
Görüş “Xarı bülbül”ün inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (27:25, 25:8, 25:19).
Bu qələbə sayəsində “Xarı bülbül” aktivincəki xal sayını 15-ə yüksəldib. MOİK-in isə cəmi 1 xalı var.