
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, yığma Bakıda Rumıniya kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:16, 25:16, 25:19).
Qeyd edək ki, komanda mayın 19-da Ukrayna ilə qarşılaşacaq.
------------------------------
Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, məlumatına görə, kişilərdən ibarət yığma Bakıda Rumıniyanı qəbul edəcək.
Görüş saat 18:00-da start götürəcək.
Qadınlar isə Xorvatiyadakı turnirdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.