
Kanadanın "Toronto Meypl Lifs" klubunun hokkeyçisi Kayl Klifford karyerasını bitirib.
Sportnet.az yerli mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu klubun sistemində işləyəcək.
O, Toronto təmsilçisinin oyunçu inkişaf düşərgəsində çalışacaq.
Klifford Milli Hokkey Liqasında (NHL) debütünü 2010/11 mövsümündə "Los-Anceles"in heyətində edib. O, 2012 və 2014-cü illərdə komanda ilə Stenli Kubokunu qazanıb.
Qeyd edək ki, Kayl Klifford NHL-nin müntəzəm çempionlarında 753 oyun keçirib.