Çimərlik voleybolu üzrə Qitələrarası Kubokun I mərhələsi
Bakıda keçiriləcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən
Sportnet.az-a verilən məlumata görə, iyunun 21-də baş tutacaq yarış Pirşağıda
olacaq.
Kubokda Türkiyə, Azərbaycan, İsrail və Ukraynadan 2 qadın və
2 kişi komandası mübarizə aparacaq. Onlar 2 gün ərzində çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan artıq neçə illərdir voleybol üzrə beynəlxalq yarışlara ev sahibliyi edir.
Sevinc XANQIZI