
Futbol üzrə Avropa kuboklarında 2015-2016-cı il mövsümünün ilk qolu vurulub. Sportnet.az-ın məlumatına görə, həmin qolun müəllifi Bosniya və Herseqovinanın "Jelezniçar" klubunda çıxış edən Riad Baiç olub.
Ölkənin gənclərdən ibarət yığmasının hücumçusu Maltada "Baltsan"la Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşünün 4-cü dəqiqəsində fərqlənib.














































































