1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tottenhem"in hücumçusuna məxsus rekord təzələndi
"Mançester Siti" komandasının futbolçusu Serxio Aqüero "Nyukasl"la matçda İngiltərə Premyer Liqasının rekordunu müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu 20 dəqiqəyə 5 qol vurub.
O, 42-ci, 49-cu, 50-ci, 60-cı və 62-ci dəqiqələrdə fərqlənib. Aqüeronun daha çox qol vurmaq istəyinin qarşısını baş məşqçi Manuel Pelleqrini alıb. Pelleqrini 27 yaşlı forvardı 65-ci dəqiqədə Vilfrid Boni ilə əvəzləyib.
İngiltərə Premyer Liqasında Əvvəlki sürətli "penta-trik" rekordu "Tottenhem"in hücumçusu Cermeyn Defoya məxsus olub. Defo 2009-cu ilin noyabrında "Uiqan"ın qapısından 36 dəqiqəyə 5 top keçirib. Oyun isə londonluların qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, sentyabrın 23-də "Bavariya"nın hücumçusu Robert Levandovski 9 dəqiqəyə "Volfsburq"un qapısından 5 top keçirərək, Almaniya Bundesliqasında rekord müəyyənləşdirib.