"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Ukraynada 2015-ci ilin Azərbaycanda ən yaxşı baş məşqçisi seçilməsi haqda danışıb. Sportnet.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis bu seçimin onun üçün sürpriz olduğunu deyib.
R.Qriqorçuk ən yaxşı baş məşqçi seçildiyini tədbir zamanı öyrəndiyini bildirib: "Seçim mənim üçün sürpriz oldu. Sevinirəm, amma bütün diqqətimi buna yönəltsəm, sözsüz ki, düzgün olmaz. "Qəbələ" Premyer Liqanın turnir cədvəlində 10 xal irəlidə olsaydı, hər bir belə mükafatı böyük sevinclə qarşılaşayardım".
Ukraynalı baş məşqçi hazırkı hədəflərinin "Qarabağ"la Premyer Liqanın ilk pilləsi uğrunda mübarizə aparmaq və kubokda qalib gəlmək olduğunu söyləyib: "Əlbəttə, "Qarabağ" favoritdir, ancaq biz onlarla mübarizə aparacağıq. Üstəlik komandanın inamlı şəkildə yüksəlməsi və yoluna davam etməsi üçün də sistem qurmalıyıq".
Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuya əsasən "Qəbələ"nin baş məşqçisi Roman Qriqoruçuk 2015-ci ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.