
İspaniya La Liqasının ilk turunda keçirilən "Barselona" - "Elçe" matçında gülməli hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, meydana daxil olan qara pişik oyunun bir neçə dəqiqəlik saxlanılmasına səbəb olub.
Uğursuzluq rəmzi sayılan "qara pişik" meydan sahibi "Barselona"ya şans gətirib və Katalonlar 3:0 hesabı ilə qələbə qazanıblar. Həmin anın videosunu təqdim edirik: