1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Birinci Dünya müharibəsinin 100 illiyinə qeyri-adi addım
İngiltərənin aşağı divizion klubu "Milluoll" qeyri-adi ideya həyata keçirməyə hazırlaşır. Sportnet.az-ın məlumatına görə, Çempionşipində mübarizə aparan komanda "Brentford"la qarşılaşmada meydana müharibə paltarında çıxacaq.
Komanda bu oyun üçün xüsusi futbolkalar sifariş edib, köynək və şortlar təxminən əsgər paltarına bənzəyir. Məsələ burasındadır ki, klub rəhbərliyi bu addımla Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyini anacaq. Həmin oyun üçün sifariş edilən futbolkaların hər birinin satışından qazanılacaq puldan
10 funt sterlinq son illərdə xəsarət almış İngiltərə əsgərlərinin reabilitasiya mərkəzinə göndəriləcək.
Qeyd edək ki, "Milluoll" - "Brentford" oyunu noyabrın 8-də keçiriləcək və həmin gün Birinci Dünya müharibəsinin başlanmasının düz 100 ili tamam olacaq.