Türkiyə Super Liqasının XXIII turunda "Konyaspor" "Qalatasaray"ı qəbul edib.
Sportnet.az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Yaşıl-ağlar”a qələbəni 75-ci dəqiqədə Adil Demirbağ və 81-ci dəqiqədə Blaj Kramer qazandırıb.
Qarşılaşmanın 50-ci dəqiqəsində “Qalatasaray”dan Leroy Sane fərqlənsə də, VAR baxışından sonra qol ofsayd səbəbilə ləğv olunub.
Bu nəticədən sonra lider “Qalatasaray” liqada 10 oyundan sonra məğlub olub və 55 xalla qalıb. 12 matçlıq qələbəsiz seriyaya son qoyan “Konyaspor” isə xallarının sayını 23-ə çatdırıb və 13-cü pillədə qərarlaşıb.
24-cü turda “Qalatasaray” “Alanyaspor”u qəbul edəcək. “Konyaspor” isə səfərdə “Başakşehir”lə qarşılaşacaq.













































































