AFFA İntizam Komitəsi "İmişli" klubunu 500 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna klubun AFFA U-13 Liqasında çıxış edən kollektivinin "Şərq" (Hacıqabul) ilə oyunda meydançaya başqa komandaların formaları və nömrəsi olmayan formalar ilə gəlməsi səbəb olub.
Kluba xəbərdarlıq edilib ki, bu hal növbəti dəfə təkrarlanacağı halda, yarışdan kənarlaşdırılacaq.
Qeyd edək ki, "İmişli"nin formalarındakı qüsurlara baxmayaraq, baş hakim oyunun keçirilməsinə razılıq verib. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş görüş Hacıqabul komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.











































































