Tanınmış azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiyada fərqlənib. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi şəərfini qoruduğu Moskvanın "Lokomotiv” klubunun martda ən yaxşı futbolçusu sayılıb.
Səsvermə azarkeşlər arasında keçirilib. Səmədov 87,2% səs toplamaqla, böyük üstünlüklə 1-ci olub. İkinci yeri tutan slovakiyalı Tan Düritsa 4,4, üçüncü pillənin sahibi Vitali Denisov 4 faiz səs toplayıb. Aleksandr bu ay "Lokomotiv”in heyətində 3 oyunda 3 qol vurub.