"Formula 1" üzrə növbəti mövsümün ilk Qran-prisinin tarixi açıqlanıb.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, "Formula 1"in icraçı direktoru Çeyz Keri 2020-ci il mövsümünə də Avstraliyada start veriləcəyini bildirib. O, yarışın 12 - 15 martda Melburndakı Albert Park trasında təşkil olunacağını vurğulayıb.
"Ötən illərdə olduğu kimi növbəti mövsümün də Melburnda start götürlməsi bizi sevindir. "Albert Park" trası təqvimin ən populyar halqasıdır. "Formula 1"də çalışan işçilər buraya böyük rəğbət bəsləyirlər. Avstraliya azarkeşlərinin bizi qarşılamasından gözəl heç nə yoxdur. "Formula 1"in 70 illik yubileyi üçün daha yaxşı yer düşünmək çətindir".
Lakin 2020-ci il Azərbaycan Qran-prisinin tarixi açıqlanmayıb. Bu Qran-prinin aprelin sonlarından iyunun sonlarına keçirilməsi gündəmdədir.
Qeyd edək ki, Avstraliya Qran-prisi "Albert Park"da 25-ci dəfə təşkil olunacaq.