Ümumdünya Atletikası milli federasiyalara koronavirusa görə təxirə salınmış yerli çempionatları 8-9 avqustda keçirməyi məsləhət görüb.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ali atletika qurumunun prezidenti Sebastyan Kou gecikmiş mövsümü avqust - oktyabrda açıq havada keçirməyə çalışacaqlarını bildirib: "Ümid edirik ki, avqustun əvvəlində Şimal yarımkürəsinin bir çox ölkəsində milli çempionatlar başlayacaq. Ölkələr arasında sərhədlərə qoyulan məhdudiyyətlər bu yarışlara təsir göstərməz".
2021-ci il üçün atletika yarışlarının ümumi təqvimində milli çempionatların keçirilməsi üçün iki pəncərə planlaşdırılır: 5-6 iyun və 26-27 iyun.
Qeyd edək ki, 11-12 apreldə Qusar şəhərində kross qaçışı üzrə Azərbaycan çempionatı, 12-13 iyunda isə Bakıda atletika üzrə Azərbaycan çempionatının keçirilməsi nəzərdə tutulub.