1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVİF-dən gənclər üçün seminar
Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub. Sportnet.az-ın məlumatına görə, seminarda 80-ə yaxın gənc iştirak edib.
"Velosiped sürməyin insan orqanizminə faydaları" mövzusuna həsr olunmuş seminardan əvvəl iştirakçılar Respublika Velotrekində idmançılar üçün yaradılan şərait və Velosiped Muzeyi ilə tanış olublar.
Tədbir zamanı iştirakçılara əyani vəsaitlər vasitəsilə velosiped sürməyin insan sağlamlığına xeyirli tərəfləri barədə məlumat verilib, gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.