1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Slovakiyada Avropa Velosipedçilər Birliyinin illik konqresi keçirilib
Slovakiyanın paytaxtı Bratislavada Avropa Velosipedçilər Birliyinin (UEC) illik konqresi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.
Avropa ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin qatıldığı konqresi açıq elan edən Avropa UEC-in prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson da öz çıxışında Beynəlxalq Velosipedçilər İttifaqının Avropa Oyunlarında iştirakına xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycanın "Bakı-2015"ə hazırlıq işlərini yüksək qiymətləndirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petsas konqresdə geniş təqdimatla çıxış ediblər. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra Sahib Ələkbərov qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verərək, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında "Bakı-2015"in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssislərin durmadan çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırıb.
Vitse-prezident Ümumdünya və Avropa Velosipedçilər Birliyinin rəhbərlərinə Oyunların təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, konqres iştirakçılarını bu möhtəşəm oyunları izləməyə dəvət edib.
Qeyd edək ki, "Bakı-2015”in proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.