
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası İtaliyada keçirilən dünya çempionatında bu gün növbəti matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Dominikan Respublikası ilə görüşən yığmamız 1:3 hesabı ilə məğlub olub.
Millimiz ikinci qrup mərhələsinə 2 qızıl xalla başlayıb. Domikanda isə bu göstərici 6 xal olub. Üstəlik, ötən gün ilk turda yığmamız İtaliyaya 1:3 hesabı ilə uduzaraq, xalsız qalıb. Əvəzində amerikalılar Belçikaya 3:2 hesabı ilə qalib gələrək, 2 xal qazanıblar.
E qrupu
20:00. Dominikan Respublikası - Azərbaycan - 3:1 (23:25, 25:11, 25:21, 25:17)
20:00. Almaniya - Yaponiya - 1:1 (25:23, 24:26)
23:00. İtaliya - Belçika
23:00. Xorvatiya - Çin
Xal durumu: Çin - 11, İtaliya - 10, Dominikan Respublikası - 8, Yaponiya - 6, Xorvatiya - 5, Belçika - 4, Azərbaycan - 2, Almaniya - 2.