Tebes deyib ki, Kataloniya İspaniyadan ayrılsa, bu iki klub La Liqada oynaya bilməz: "Belə bir situasiyada qanunlarda hər şey dəqiq göstərilib. Yalnız bir ölkənin klubları İspaniyada oynamaq üçün müraciət edə bilərlər. Bu, Andorradır".
PFL prezidentinin sözlərinə görə, Kataloniya komandaları da La Liqada oynamaq istəsələr, İspaniya parlamenti qanunlarda dəyişiklik etməlidir. Daha sonra idman ictimaiyyətinin bunu qəbul-edib etməyəcəyi dəqiqləşməlidir.
Qeyd edək ki, Kataloniyanın müstəqilliyi üçün referendum noyabrın 9-da keçiriləcək.