Azərbaycan milli komandasının aparıcı voleybolçuları Oksana ve Yelena Parxomenko yığma karyeralarını başa vurublar. Sportnet.az-ın Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən məlumatına görə, Parxomenko bacıları bu qərarı İtaliyadakı dünya çempionatında millimizin mübarizəni dayandırmasından sonra veriblər.
Onlar, bütün diqqətlərini öz klublarındakı çıxışlarına yönəldəcəklərini bildiriblər.
Qeyd edək ki, Oksana Parxomenko hazırda "Azəryol”da, Yelena Parxomenko isə "İqtisadçı”da çıxış edir.