Türkiyə I Liqasında bu gün VI turun daha 6 qarşılaşması keçirilib. Sportnet.az-ın məlumatına görə, hesabat turunda azərbaycanlı futbolçulardan Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" ilə Vaqif Cavadovun formasını geyindiyi "Qaziantep BB" üz-üzə gəlib.
Görüş "Karşıyaka"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Şükürov 90 dəqiqə meydanda olduğu halda, Cavadov 54-cü dəqiqədə oyuna girib. Hər iki oyunçu məhsuldar ötürmə ilə yadda qalıb. 21-ci dəqiqədə "Qaziantep BB"nin futbolçusu qırmızı vərəqə aldıqdan sonra qonaqlar oyunu azlıqda başa vurublar. "Karşıyaka" rəqibini 7 illik fasilədən sonra yenib və üstəlik bu mövsüm ilk ev qələbəsini qazanıb.
"Neftçi"nin icarə əsasında "Elazığspor"da çıxış edən futbolçusu Cavid İmamverdiyev isə evdə millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"a qarşı 60 dəqiqə forma geyinib. Subaşiç 90 dəqiqə meydanda olsa da, 0:2 hesablı məğlubiyyətə əngəl ola bilməyib. "Elazığspor" isə qollarını məhz İmamverdiyev oyundan alındıqdan sonra vurub.
"Qəbələ"nin sabiq futbolçusu Rail Məlikovun sonadək ehtiyatda qaldığı qarşılaşmada isə "Dənizlispor" səfərdə "Alanyaspor"la heç-heçəyə nail olub - 1:1.
16:00. "Kayserispor" - "Bucaspor" - 5:1
16:00. "Boluspor" - "Altınordu" - 0:0
17:00. "Elazığspor" - "Manisaspor" - 2:0
19:00. "Karşıyaka" - "Qaziantep BB" - 5:2
20:30. "Alanyaspor" - "Dənizlispor" - 1:1
20:30. "Adanaspor" - "Adanadəmirspor" - 2:1
18 oktyabr
"Şanlı Urfaspor" - "Orduspor" - 2:1
"Antalyaspor" - "Samsunspor" - 3:1
Bu nəticələrdən sonra xallarını 8-ə çatdıran "Karşıyaka", "Dənizlispor" və "Elazığspor" "Adanaspor"la birgə 7 - 10-cu yerləri bölüşdürürlər.