
"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb. Sportnet.az-ın məlumatına görə, himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.
Uzağı yaxın edər -
Uzağı yaxın edər -
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Qələbəyə aparar
Vətən övladlarımız.
Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol -
Azəryol-Azəryol!
Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir-
Yurdumun torpağında
Kök atıb bitənindir.
Azərbaycan adıyla
Sən həmişə qalib ol -
Azəryol... Azəryol!








































































