İtaliya milli komandasının Xorvatiya yığması ilə noyabrın 16-da keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı üçün heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Liverpul" klubunun qalmaqalları ilə məşhur futbolçusu Mario Balotelli 2014-cü il dünya çempionatından sonra ilk dəfə milliyə dəvət alıb.
Ümumilikdə 26 futbolçudan ibarət siyahıya ilk dəfə Emiliano Moretti, Andrea Bertolaççi və Roberto Soriano da daxil edilib.
İtaliya millisinin heyəti:
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Mattia Perin ("Cenoa"), Salvatore Siriqu (PSJ, Fransa)
Müdafiəçilər: Corco Kyellini ("Yuventus"), Emiliano Moretti ("Torino"), Angelo Oqbonna ("Yuventus"), Andrea Ranokkia ("İnter"), Daniele Ruqani ("Empoli").
Yarımmüdafiəçilər: Andrea Bertolaççi ("Cenoa"), Cakomo Bonaventura ("Milan"), Antonio Kandreva ("Latsio), Alessio Çerçi ("Atletiko", İspaniya), Matteo Darmyan ("Torino"), Daniele De Rossi ("Roma"), Mattia De Şilyo ("Milan"), Stefan El Şaravi ("Milan"), Klaudio Markizio ("Yuventus"), Marko Parolo ("Latsio"), Manuel Paskual ("Fiorentina"), Roberto Soriano ("Sampdoriya"), Marko Verratti (PSJ)
Hücumçular: Mario Balotelli ("Liverpul"), Sebastian Covinko ("Yuventus"), Çiro İmmobile ("Borussiya" Dortmund, Almaniya), Qratsiano Pelle ("Sautgempton", İngiltərə), Simone Zaza ("Sassuolo").
Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Bu komandalar arasında oktyabrın 10-da Palermoda keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:1. Bakıdakı görüş 2015-ci il oktyabrın 10-da olacaq.