1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavadov Prosineçkini məyus etdi
Türkiyə I Liqasında XXII tura start verilib. Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Boluspor"la "Bucaspor" üz-üzə gəlib.
Bolu Atatürk stadionunda keçirilmiş qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Görüşü Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də izləyib. Lakin o, stadionu məyus tərk edib. Buna yığmamızın futbolçusu Vaqif Cavadovun uzun müddət ehtiyatda qalması və yalnız 86-cı dəqiqədə oyuna girməsi səbəb olub. Meydanda olduğu müddətdə Cavadov heç nə ilə yadda qalmayıb. Əksinə, o, oynadığı vaxt "Boluspor" qapısında qol görərək, qələbəni əldən verib. Bu nəticədən sonra "Boluspor" 28 xalla 9-cu pillədə qalıb. "Bucaspor" isə 21 xalla 15-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Robert Prosineçki fevralın 28-də "Karşıyaka" - "Orduspor" matçına baxacaq. Prosineçki meydan sahiblərinin heyətində Mahir Şükürovun oyununu izləyəcək. Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
21:00. "Boluspor" - "Bucaspor" - 2:2
Qollar: Prijoviç, 42. Emre Kılınç, 71 - Emre Şahin, 64. Zafer Çevik, 90+6