UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna ölkə yığmasının Norveç üzərində 5:1 hesablı qələbə qazandığı AVRO-2016-nın seçmə qrup matçı zamanı azarkeşlərin irqçi şüarlar səsləndirmələri səbəb olub.
Fanatları hətta həmin oyunun bir hissəsi açıq tribunlar önündə keçirilməsi də narahat etməyib. Onlar şüarlardan əlavə, pirotexniki vasitələrdən də yararlanıblar. Nəticədə qərara alınıb ki, Xorvatiya yığması İtaliya ilə növbəti ev oyununu boş tribunalar önündə keçirsin və yerli federasiya 50 min avro cərimələnsin. Bu görüş iyunun 12-də baş tutacaq.
Qeyd edək ki, Xorvatiya və İtaliya milliləri AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla birgə H qrupunda yer alıb. Hazırda Xorvatiya 13 xalla birinci, İtaliya 11 xalla ikinci pillədədir. Azərbaycan yığması isə 3 xalla 5-ci pillədə qərarlaşıb.