1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycandakı şahmatçı ilə bağlı sensasion iddia
İtaliyalı şahmatçı Fabiano Karuananın Azərbaycan adından çıxış etməsi üçün ilinə 400 min dollar təklif olunub. Sportnet.az-ın məlumatına görə, belə sensasion iddia ilə "La Gazzetta dello Sport" nəşri çıxış edib.
Qəzet yazır ki, hazırda FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində 2802 xalla 2-ci pillədə olan Karuanadan dünya şahmat tacını Bakıya gətirməsi istənilib. 23 yaşlı qrossmeyster hazırda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə keçirilən turnirdə mübarizə aparır. O, "SOCAR Azerbaijan" klubuna da cəlb olunub. Karuana gələn ay Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qran Pridə uğurla çıxış etsə, İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Məhz bu turnirin qalibi olacağı halda, gənc şahmatçı hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. İtaliya Şahmat Federasiyası isə Karuanaya ildə 80 min avro təklif edir. Azərbaycan bayrağı altında çıxış etməsi üçün onun Şəmkir və Moskvadakı yarışlarda uğurlu nəticələr göstərməsinin lazım olduğu bildirilir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Sportnet.az-a açıqlamasında italiyalı qrossmeysterin bir illik fasilədən sonra "SOCAR Azerbaijan"ın şərəfini qoruyacağını təsdiqləyib. Lakin federasiya rəsmisi Karuananın Azərbaycan adından dünya çempionluğu uğrunda yarışacağı xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib. Onun fikrincə, belə xəbərlər məqsədli şəkildə dövriyyəyə buraxılıb: "Mən bilirəm o xəbər haradan qaynaqlanır. Amma onu yazanların fantaziyaları güclüdür".
Qeyd edək ki, hazırda Fabiano Karuana FİDE reytinqində ilk pillədəki Maqnus Karlsendən 61 xal geri qalır.