
Azərbaycan şahmatçısı Teymur Rəcəbov məşqçiliyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 38 yaşlı qrossmeyster "Sport-Ekspress"ə müsahibəsində bildirib.
O, Azərbaycan millisinin gənc istedadları üzərində çalışdığını bildirib.
Rəcəbov 28 yaşlı çinli qadın şahmatçı Ley Tintseyə də kömək etdiyini xatırladıb.
"Şagirdlərim həqiqətən də vaxtımın çox hissəsini alırlar", - deyə məşhur şahmatçı vurğulayıb.
Qeyd edək ki, Teymur Rəcəbov 31 yanvar - 15 fevralda keçirilmiş Azərbaycan çempionatında mübarizə aparıb. O, 4-cü yeri tutub.