Azərbaycan kikboksçusu Ayxan Əzizov 24 ay müddətinə cəzalandırılıb.
AMADA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu təsbit edilib.
Onun qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi üzə çıxarılıb.
Sanksiya oktyabrın 1-dən qüvvəyə minib və 30 sentyabr 2027-ci ildə bitəcək.
Qeyd edək ki, Ayxan Əzizov "Zəfərə doğru" İdman Klubunun üzvüdür. 17 yaşlı idmançının ilk və şəxsi məşqçisi Ülvi Əhmədovdur. O, 2023-cü ildə keçirilmiş Bakı birinciliyində qızıl, Azərbaycan birinciliyində gümüş medal qazanıb.








































































