"Sabahkı döyüş 15 ilin həsrətdir. Boksa başlayanda məqsədim məhz bu titul uğrunda döyüşmək idi. Artıq həmin vaxt çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və "Qəbələ” İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm”. Sportnet.az-ın məlumatına görə, sözləri Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov sabah peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı keçirəcəyi döyüşdən öncə deyib.
F. Məmmədov boks həvəskarlarını sevindirmək üçün əlindən gələni edəcəyini qeyd edib: "Sabah mən 1 yox. 2 Farizin adından vuruşacağam. "Qəbələ” Idman Klubunun vitse-prezidenti Fariz Nəcəfovu nəzərdə tuturam. Sabah həm də onun üçün döyüşəcəyəm. Avqustdan hazırlıqlara start vermişik. Döyüşə çox ciddi yanaşıram. Bütün gücümlə vuruşacağam. Bu, karyeramdakı ən vacib döyüşdü. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm”.