"Formula 1" üzrə Kanada Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu qərar Səhiyyə Nazirliyinin səlahiyyətli şəxslərinin direktivləri və hökumət ekspertlərinin tövsiyələri əsasında qəbul olunub.
Bu, mövsümün vaxtında baş tutmayacaq 8-ci Qran-prisi olub. Onların arasında Azərbaycan mərhələsi də var. Monako Qran-prisi isə ümumiyyətlə ləğv olunub.