Gənclər və idman naziri Azad Rəhimov Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Quba şəhəri Heydər Əliyev Mərkəzində baş tutan qəbula 30-dan artıq vətəndaş qatılıb.
Nazirə idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya komplesklərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində müraciətlər də edilib.
Qeyd edək ki, bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.