1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qəzaya düşən pilotdan təşəkkür mesajı
Bakıda keçiriləcək Avropa Qran Prisinin rəsmi elçisi, "Maklaren" pilotu, Fernando Alonso Avstraliya Qran Prisi zamanı üzləşdiyi qəzadan danışıb. Sportnet.az-ın məlumatına görə, ispaniyalı idmançı azərbaycanlı azarkeşlərindən aldığı dəstəyə görə minnətdarlığını ifadə edib.
O, son iki gündə saysız-hesabsız dəstək mesajları qəbul etdiyini bildirib: "Bazar günü keçirdiyim qəzada ciddi zədə almadığıma və sağ qaldığıma görə şükr edirəm. Belə hadisə hər bir yarış pilotunun başına gələ bilər, lakin Azərbaycandakı fanatlarım da daxil olmaqla çoxsaylı azarkeşlərimdən aldığım dəstək məni ruhlandırdı. Odur ki, indi bir daha rəsmi elçi olmaqdan qürur duyduğumu bildirir və yayda fanatlarımın qarşısında yarışmağı səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində keçiriləcək.