1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda keçiriləcək "Formula-1"in marşrutu açıqlandı - YENİLƏNİB
2016-cı ildə Bakıda "Formula-1" üzrə Qran Prinin keçirilməsinə dair müqavilə imzalanıb. Sportnet.az-ın məlumatına görə, yarış Bakı küçələri ilə, orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda baş tutacaq.
Tədbirdə gənclər və idman naziri cənab Azad Rəhimov deyib: "2016-ci ildə "Formula-1" yarışını Bakıya gətirmək üçün müqavilənin imzalanması haqqında rəsmi məlumatı sizinlə bölüşməyimdən çox şadam. Bizim ölkə Şərqi Avropa və Qərbi Asiyanın qovşağında yerləşir ki, bu da "Formula-1" yarışları üçün yeni sərhəd deməkdir. Azərbaycan idman mükəmməliyi mərkəzi kimi şöhrət qazanmış müasir Avropa ölkəsidir. "Formula-1"in Bakıda keçirilməsi üçün əldə olunan razılıq ölkəmizə dünyanın ən böyük idman tədbirlərini cəlb etmək sayəsində davam edən uğurlar sırasında çox əhəmiyyətli yeni bir addımdır".
Marşrutun hansı küçələrdən keçməsi üzrə dəqiq dizayn və xəritələr hələ hazır deyil. Amma Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi kimi ehtimala görə Bakının Azadlıq Meydanının seçiləcəyini, yarışın özünün isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi əsas mənzərəli küçələrdən keçəcəyini vurğulayıb: ""Bakıda"AVROPA FORMULA 1 GRAND PRIX" yarışının keçirilməsi "Formula-1" təqviminə möhtəşəm əlavə olacaq. Planlaşdırdığımız dizayn "FIA Formula 1 World Championship" təqvimində olan aparıcı küçə sxemlərinə bənzər olacaq".
Qeyd edək ki, 1950-ci ildən keçilməyə başlayan "Formula-1" dünyanın ən nüfuzlu avtomobil yarışı və il ərzində ən məşhur idman tədbiridir. 2013-cü ildə bu yarışları 185 ölkədən 450 milyondan artıq unikal televiziya tamaşaçı izləyib. Builki "FIA Formula 1 World Championship" 5 qitədə, 19 ölkədə mart - noyabr ayları arasında keçirilən 19 yarışdan ibarətdir.