1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanlılar "Formula 1"ə daha çox bilet alır"
"Formula 1" yarışlarına hazırlıq üzrə işlər bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının (İHO) keçirilməsinə təsir etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, "Formula 1"in təşkili üzrə işlər İHO-nun Təşkilat Komitəsi ilə əlaqəli şəkildə həyata keçirilir. N.Arpadarai "Formula 1" yarışları ilə əlaqədar fevral ayından Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına başlanılacağını və yarışa hazırlıqla bağlı görüləcək işlər mart ayında başa çatdırılacağını bildirib.
O, ötən il yollarda asfalt qatının çəkilməsi, bir-sıra yolların yenidən təmir edilməsinin çoxlu vaxt apardığını, bu il isə bunlara ehtiyac olmadığından işlərin asanlaşdığını qeyd edib: "İnanırıq ki, görüləcək işləri tam vaxtında təhvil verəcəyik".
N.Arpadarai hər gün biletlərin satıldığını deyib: "İndiyə qədər biletlər daha çox Rusiya, Böyük Britaniya, Azərbaycan, Ukrayna və ərəb ölkələrindən olan pərəstişkarlar tərəfindən alınıb. Ümumiyyətlə, azərbaycanlılar bu il "Formula 1" yarışlarına keçən ildəkindən daha çox bilet alır".