FİA rəsmiləri 2021 - 2025-ci illər üçün nəzərdə tutulan büdcəni açıqlayıb.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, hazırlanan büdcə layihəsinin həcmi 175 milyon dollardır.
Lakin bu büdcə pilotların məvacibini, daşınma və marketinq məsrəflərini qarşılamır. Komandalar isə əvvəlki büdcənin (250 milyon dollar) qorunub saxlanılmasının tərəfdarıdırlar.
"Formula 1" və FİA rəsmiləri ilk olaraq hazırki məbləği 130 milyon dollara endirmək istəyiblər. Lakin razılıq əldə olunmayıb.
Qeyd edək ki, layihənin 3-cü ilində nəzərdə tutulan büdcə limiti inflyasiya səbəbindən artırılacaq.