"Ferrari" pilotu Sebastyan Fettel Kanada Qran-prisindən sonra mükafatlandırma mərasiminə gələrək podiuma qalxmaq istəmədiyini etiraf edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə almaniyalı sürücünün özü etiraf edib. O, finişə birinci çatdığı halda 5 saniyə cərimələnməsi üzündən "Mercedes" pilotu Lüis Hemiltona uduzmasından qəzəbli və məyus olduğunu bildirib: "Fikrimcə, hamı belə vəziyyətdə olmağımın səbəbini bilir. Amma mən Hemilton və üçüncü yerin sahibi olan komanda yoldaşım Şarl Leklerə hörmət əlaməti kimi podiuma çıxmalı idim. Hərçənd, orada olmaq istəmirdim. Həmin an dərhal getmək niyyətində idim. Orada öz iradəmlə olmadım, sadəcə, belə lazım idi".
Qeyd edək ki, mükafatlandırma mərasimi zamanı Sebastyan Fettel Lüis Hemiltonun bolidi qarşısından "1" yazılmış lövhəni götürərək, onu öz yerinin qarşısındakı 2 rəqəmi ilə dəyişdirib.
Parc Ferme... ????#CanadianGP ???????? #F1 pic.twitter.com/cJOuT5hnwP
— Formula 1 (@F1) June 9, 2019