
"Formula 1" mövsümü hazırkı situasiyada koronavirus pandemiyası üzündən sadəcə dayanıqsızdır və ləğv olunmalıdır".
Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) sabiq prezidenti Maks Mosli DPA-ya açıqlamasında deyib. O bildirib ki, səhiyyə sahəsindəki böhranla əlaqədar "Formula 1" üçün rasional planlar qurmaq mümkün deyil: "Gözləsək, situasiya daha da pisləşə bilər. Hətta iyulda da işləyə biləcəyimizə dair heç bir zəmanət yoxdur. Hər şey qeyri-müəyyəndir. Mövsümü indi ləğv etsək, Qran-pri komandaları və təşkilatçılarına tədbirlər görmək və gələcəyi planlaşdırmaq aydın görünəcək.
Mosli FIA-ya 1993 - 2009-cu illərdə rəhbərlik edib.
Qeyd edək ki, cari mövsümün Avstraliya və Monako mərhələləri ləğv olunub, Bəhreyn, Çin, Vyetnam, Niderland, İspaniya, Azərbaycan və Kanada Qran-priləri isə təxirə salınıb. Bu sıraya Fransa mərhələsinin də qoşulacağı gözlənilir.