Rusiyada idman jurnalisti, "Çempionat" nəşrinin əməkdaşı Dmitri Yeqorovun avtomobili yandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə təcrübəli media işçisinin özü teleqram-kanalı vasitəsilə açıqlama verib. O, hadisənin gecə vaxtı baş verdiyini bildirib. Yeqorov heç kimdən şübhələnmədiyini əlavə edib.
Qeyd edək ki, yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.