
"Bakı" klubu Azərbaycan Qolf Federasiyasına (AQF) cavab verib. Sportnet.az-ın məlumatına görə, klubun yaydığı bəyanatda federasiyanın ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Ələsgərovanın "Futbol+" qəzetinə dediklərinə münasibət bildirilib.
Ələsgərova "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə borcu üzündən "Bakı"nın təlim-məşq bazasının suyunun kəsildiyini söyləyib, Klub isə bəyan edib ki, "Azərsu”ya heç bir borcları yoxdur və bunu təsdiq edən sənəd də mövcuddur.