1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Formula 1-in ilk bileti ABŞ-dan alındı
"Bütün gücümüzlə çalışırıq ki, Avropa Qran Prisi yüksək səviyyədə keçirilsin". Sportnet.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqasının Əməliyyat Şirkəti (BŞH) Kommersiya Şöbəsinin rəhbəri Bülent Özerdim deyib.
B.Özerdim bildirib ki, 17 - 19 iyunda Bakıda təşkil olunacaq Avropa Qran Prisi müəyyən çətinliklərlə müşayiət olunacaq. Amma onun fikrincə, uzunmüddətli layihə növbəti illərdə daha böyük səmərələr əldə edəcək: "Formula 1 futbol üzrə dünya çempionatından sonra ən çox izlənilən yarışdır. Qran Pri yarışlarını 425 milyon insan tamaşa edir. Bakıya 10 min əcnəbi turistin gəlişi gözlənilir. İki aydan çoxdur bilet satışına başlamışıq. İlk bilet alanlar ABŞ-dan oldu. Özü də ABŞ vaxtı ilə gecə saat 3-də almışdılar. Bu, bizi təəccübləndirdi. 65 faiz biletin Rusiya, İngiltərə, Hollandiya, Almaniya, Ukrayna, İtaliya və ABŞ kimi xarici ölkələrə satılacağını gözləyirik".