1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimovdan Formula 1 açıqlaması
Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar hazırlıq işləri normal qaydada davam edir. Sportnet.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yarışlara hazırlıqla bağlı işlər cədvəl üzrə aparılır: "Onların icrasında hər hansı problem yoxdur. Asfalt örtüyünün hamısı tamamilə dəyişilib. Asfaltın sonuncu qatı aprelin sonu, may ayının əvvəllərində çəkiləcək. Azadlıq meydanında da tikinti işləri aparılır. Orada müvəqqəti qurulan pit-stop binası tikilir. Texnologiyaların və avadanlıqların çoxu gətirilib, bir hissəsi isə yoldadır".