
Qida və Qablaşdırma Şirkəti (AQQ) olan "Milla" Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcək. Sportnet.az-ın məlumatına görə, BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin başçısı Bülənt Özərdim və AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər əməkdaşlıq müqaviləsi imzalayıb.
BŞH rəsmisi Çingiz Mehdiyev əməkdaşlığa görə şirkətə təşəkkürünü bildirib. AQQ-nin baş meneceri Filip Rayt isə bu əməkdaşlıqdan böyük qürur duyduğunu deyib.
Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.