Azərbaycan Formula 1 yarışını keçirməkdən imtina edəcəyi halda cərimə ödəməli olacaq. Sportnet.az-ın məlumatına görə, gənclər və idman nazirimiz Azad Rəhimov ANS-in "Hesabat" verilişində bu məsələyə toxunub.
O, verilişin aparıcısı Mirşahin Ağayevə müsahibəsində cərimənin məbləğini də açıqlayıb: "Məlum olduğu kimi, Azərbaycan bu yarışı keçirmək üçün 10 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən 5 il ərzində keçriməliyik. Bundan imtina etsək, cərimə ödəməliyik. Bunun məbləği 100 milyon dollara qədərdir".
Rəhimovun sözlərinə görə, 5 ildən sonra tərəflər növbəti 5 il üçün məsələyə baxacaq. Həmin vaxt ölkəmizin istəyinə əsasən yarışı yenidən keçirə, yaxud bundan imtina edə bilər.